METBUAT.AZ

Hadisə

Bakıda güclü külək nəticəsində 3 nəfər

27 Noyabr 2023 15:28

Bakıda əsən güclü külək 3 nəfərin xəsarət almasına səbəb olub.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd açıqlaqmasında həmin şəxslərin mərkəzə yerləşdirildiyini bildirib.

"Külək onlardan birinin başına yük maşının arxa qapısını çırpıb, nəticədə alın nahiyəsinin çapılmış zədəsi, 1 nəfərin başına ağac, digər şəxsin üzərinə isə dəmir parçası düşməsi nəticəsində başın küt travması qeydə alınıb.

Mərkəzə gətirilən hər üç şəxsə ilkin tibbi yardım göstərilib. Birinin xəstəxanada müalicəsi, digər iki şəxsin evə buraxılması nəzərdə tutulub" - məlumatda qeyd edilib.

TƏBİB-dən bildirilib ki, hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə heç bir müraciət daxil olmayıb.


metbuat.az.