15 noy 2023 10:49
Bakıda mağazadan oğurluq olub.
DİN-dən Metbuat.az-a verilən xəbərə görə, Nərimanov rayonu ərazisindəki mağazaların birindən 80.000 manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Nazir Cavadov və Ağdaş rayon sakini Mehman Məcidov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.