METBUAT.AZ

İqtisadiyyat

Bakının restoran biznesində ən çox gəlir gətirən rayonlar -

8 noy 2023 14:38

2023-cü ilin yanvar-sentyabr aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsi, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 25,4% artaraq 1 milyard 18,3 milyon manat təşkil edib.

Bu barədə Metbuat.az-a Bakı Şəhər Statistika İdarəsindən bildirilib.

Paytaxtın ictimai iaşə dövriyyəsinin ən çox olduğu rayon Səbail ( 341 mln. 779 min manat), ən az olduğu rayon isə Pirallahıdır ( 4 927).

Rayonlarİctimai iaşə dövriyyəsi min. manat
Səbail341 779
Nərimanov142 405
Yasamal105 302
Xətai87 183
Nəsimi86 277
Nizami60 964
Binəqədi58 445
Xəzər48 783
Sabuncu33 578
Qaradağ29 264
Suraxanı19 417
Pirallahı4 927

metbuat.az.