24 Noyabr 2023 13:55
Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisədə xəsarət alan iki nəfərin müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, onların vəziyyətləri stabildir.
"Digər xəsarət alanlar xəstəxanadan evə buraxılıblar", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, noyabrın 23-də Bərdədə yas mərasimi keçirilən evin döşəməsi çöküb. Hadisə nəticəsində 33 nəfər xəsarət alıb, bir nəfər isə vəfat edib.