METBUAT.AZ

Dünya

Blinken Dövlət Departamentində fikir ayrılığının olduğunu bildirdi

14 noy 2023 14:57

ABŞ-ın dövlət katibi Antoni Blinken əməkdaşlarına göndərdiyi məktubda İsrailin Qəzzaya hücumlarına Prezident Co Bayden administrasiyasının yanaşması ilə bağlı nazirlik daxilində fikir ayrılığı olduğunu bildirib.

Metbuat.az xəbər verir ki, Blinken nazirlik işçilərinə göndərdiyi məktubda “Bilirəm ki, bir çoxlarınız bu böhrandan təsirləndiniz” deyə qeyd edib. Blinken bu böhranda əziyyət çəkən körpələrin, uşaqların, qocaların, qadınların və digər mülki şəxslərin görüntülərini görməyin təsirli olduğunu ifadə edərək, bunu özünün də hiss etdiyini qeyd edib. Blinken Qəzzada çoxlu sayda fələstinli mülki vətəndaşın öldüyünə diqqət çəkərək, "Qəzzanın İordan çayının qərb sahili ilə birləşəcəyinə və fələstinlilər tərəfindən idarə olunacağına inanırıq. Bölgənin yenidən qurulması davamlı bir mexanizmlə dəstəklənməlidir" deyə bildirib.

Qeyd edək ki, Dövlət Departamentinin və Beynəlxalq İnkişaf Agentliyinin 100 diplomatı Prezident Co Baydenin İsrailin Qəzzaya hücumları ilə bağlı yalan məlumat yaydığı barədə bəyanat yayıb.



metbuat.az.