METBUAT.AZ

İdman

Braziliyanın Argentinaya məğlub olduğu oyun -

22 Noyabr 2023 10:30

DÇ-2026-nın seçmə mərhələsində Braziliya Argentina millisi ilə qarşılaşıb.

Metbuat.az xəbər verir ki, "Marakana" stadionunda baş tutan oyun Argentina yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qolu 63-cü dəqiqədə müdafiəçi Nikolas Otamendi vurub. 81-ci dəqiqədə braziliyalı hücumçu Coelinton birbaşa qırmızı vərəqə alıb.

Qeyd edək ki, 6 oyundan sonra Argentina 15 xalla turnir cədvəlində 1-ci yerdədir. Braziliya 7 xalla 6-cı pillədədir.




metbuat.az.