7 noy 2023 04:01
Quşüzümü dadlı və faydalı giləmeyvədir. Çox faydalı və müalicəvi xassələrə malikdir.
Metbuat.az sağlamolun.az-a istinadən quşüzümünün bəzi sağlamlıq faydalarını təqdim edir:
- Tərkibində C vitamininin yüksək miqdarı qeyd olunur. Eyni zamanda B qrupu vitaminləri, karotin və çoxlu faydalı minerallar, efir yağı, РР var. Dəmir, kalium, maqnezium, sink, bor, yod, mis, gümüş, manqan da tərkibində yetərincədir.
- Daxilindəki bioloji aktiv maddələrə görə qara qarağatdan başqa heç bir giləmeyvə quş üzümü ilə müqayisə oluna bilməz. O, maddələr mübadiləsini normallaşdırır və müxtəlif xəstəliklərə qarşı orqanizmin müqavimətini gücləndirir.
- Xalq arasında quşüzümü tənəffüs orqanlarının müalicəsində istifadə olunur. Hələ qədim zamanlardan quşüzümü şərbəti qızdırmasalıcı kimi tanınırdı.
- Tərlədici və sidikqovucu vasitə kimi də istifadə olunur. Bu tədqiqatlar sübut etmişdir ki, giləmeyvə antibiotiklərin təsirini bir neçə dəfə gücləndirməyə qadirdir.
- Quşüzümü şirəsi zəhəri orqanizmdən çıxarmağa imkan verir.
- Damaq iltihabı, ağız boşluğu və digər xəstəliklərin dərmanıdır.
- Quşüzümünün istifadəsi zamanı böyrək və bağırsaq sisteminin fəaliyyəti yaxşılaşır.Quşüzümünün tərkibində sidik kisəsi infeksiyalarının qarşısını almağa kömək edən maddələr vardır.
-Tədqiqatlar sübut edir ki, təzə quşüzümü və quşüzümü şirəsi xolesterinin miqdarını normallaşdırır. Həmçinin, qan damarlarda qanın laxtalanmasının qarşısını alır. Quşüzümünündən müntəzəm istifadə damarların elastikliyini artır.
- Quşüzümü immuniteti artırır, iştahı yaxşılaşdırır. Bu isə çox faydalıdır.
- Quşüzümünün şərbətini içmək insana gümrahlıq verir, yorğunluğu azaldır, bu zaman fəallıq və işgüzarlıq artır.
- Vərəm, genekoloji xəstəliklər zamanı quşüzümünün şərbəti tövsiyə edilir.
- Anemiyanın müalicəsində quşüzümü şirəsi də faydalıdır.
- Şəkər xəstəliyində də istifadə etmək məsləhətlidir.
- O, mədəaltı vəzin funksiyasını stimullaşdırır.
- Quşüzümününün müalicəvi təsiri oynaq xəstəlikləri zamanı məlum olmuşdur.Quşüzümü antioksidantlarla zəngindir, ona görə də keçmişdə onun gənclik giləmeyvəsi adlandırırdılar.
- Quşüzümünün şərbəti soyuqdəymənin müalicəsində əvəzsiz vasitədir.