METBUAT.AZ

Siyasət

Bu nazirliyin səlahiyyətləri artırıldı -

7 noy 2023 19:16

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinin akkreditasiyası Səhiyyə Nazirliyinin yaratdığı Tibb Müəssisələrinin Akkreditasiyası Komissiyası tərəfində həyata keçiriləcək.

Metbuat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

İndiyə qədər Komissiyanın tərkibi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, digər tibb müəssisələrinə münasibətdə isə Səhiyyə Nazirliyinin rəhbəri tərəfindən təsdiq edilib. Bundan sonra Komissiyanın tərkibi Səhiyyə Nazirliyinin rəhbəri tərəfindən təsdiq ediləcək.


metbuat.az.