METBUAT.AZ

İdman

Bu ölkə milli komandasını dünya çempionatına buraxmadı -

17 noy 2023 10:58

Afrikanın kiçik bir ölkəsi olan Eritreya hökuməti milli komandanın dünya çempionatının seçmə mərhələsində iştirak etməyəcəyi barədə FİFA-ya məlumat verib.

Metbuat.az xəbər verir ki, buna səbəb futbolçuların millinin düşərgəsindən qaçmasıdır. Bildirilir ki, millinin futbolçuları 2019-cu il Afrika Kubokunda səfər matçından sonra ölkəyə qayıtmayıb. Elə həmin ildən sonra dövlət milli komandanın beynəlxalq turnirlərdə iştirakına icazə verməyib.

Qeyd edək ki, 2019-cu ildə Şərqi və Mərkəzi Afrika Kuboku oyunları zamanı 7 futbolçu Uqandaya qaçıb. Həmin il gənclərdən ibarət milli komandanın 4 futbolçusu Zanzibara qaçıb, 2021-ci ildə xaricə səyahətinə icazə verilən qadın milli komandasının 5 futbolçusu isə Uqanda matçından əvvəl yoxa çıxıb.

Püşkatmada yer alan Eritreanın rəqibləri Mərakeş, Zambiya, Konqo, Tanzaniya və Niger olub. Dövlət rəsmiləri bu ölkələrin futbolçular üçün cəlbedici variantlar olduğunu əsas gətirərək milli komandanın oyun oynamasına icazə verməmək barədə qərarlarını davam etdiriblər.


metbuat.az.