4 noy 2023 09:27
Hindistan-Nepal sərhədində 6 bal gücündə zəlzələ qeydə alınıb.
Metbuat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Nepalın 9 min nəfərə yaxın əhalisi olan Cumla şəhərindən 36 kilometr Cənub-Şərqdə və təxminən 182 min nəfərin yaşadığı Hindistanın Bəhraiç şəhərindən 166 kilometr Şimal-Şərqdə yerləşib. Zəlzəz Hindistanın paytaxtı Yeni Dehlidə də hiss edilib.
Zəlzələ nəticəsində Nepalda azı 128 nəfərin həlak olduğu, mindən çox insanın yaralandığı bildirib.