16 noy 2023 16:15
Azərbaycan ilə Ruanda arasında diplomatik və xidməti pasport sahibləri viza tələbindən azad ediləcək.
Metbuat.az xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılacaq.
“Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş’’in təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.