METBUAT.AZ

Sağlamlıq

Çayla çox konfet yeyənlərə

21 noy 2023 04:02

Bəzi növ konfetləri yemək bioloji qocalma proseslərini sürətləndirir.

Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, dietoloq Mixailı Qinzburq hər dəfə konfetlə çay içməyin potensial zərərini açıqlayıb.

“Bu qənnadı məmulatlarında arzuolunmaz maddələr var. Məsələn, palma yağı, ucuz, süni kakao yağı, trans yağ, süni rəng və s.

Eləcə də konfetlərdə normadan artıq şəkər var.

Həzm orqanları və qaraciyər üçün belə tərkibi həll edib mənimsəmək çox çətindir. Əlavə olaraq zərərli maddələrlə də yükkənir.

Konfetlərin bir zərəri qanda xolesterini artirib, damarlarn tıxanmasına səbəb olmasıdır.

Kakao yağını əvəzləyici tərkiblə hazırlanan şokolad və konfetləri çox yeyənlərdə yaşlılara mənsub xəstəliklər erkən başlayır, onlar zahirən də tez qocalır.

Ona görə marketlərdə satılan konfetlərdən həftədə 1-2 dəfədən artıq yeməyin, hər dəfə çayı konfetlə içməyin”.


metbuat.az.