METBUAT.AZ

Sosial

Deputatlar ünvanlı sosial müavinətlərlə bağlı problemləri

16 noy 2023 16:30

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında ünvanlı sosial müavinətlərin verilməsi sahəsində problemlər qaldırılıb.

Metbuat.az xəbər verir ki, “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanunun layihəsinin (ikinci oxunuş) müzakirəsi zamanı deputat Sevinc Hüseynova deyib ki, bununla bağlı çoxsaylı müraciətlər daxil olur.

Deputat qeyd edib ki, ünvanlı sosial müavinətlərin verilməsi üçün ailə üzvlərindən ən azı birindən iş yerinin olması tələb olunur: “Lakin dağlıq bölgələrdə biz həmin şəxslərə iş yeri verə bilmədiyimizdən bu şəxslər ünvanlı yardımdan kənarda qalırlar".

Deputat Arzu Nağıyev isə bildirib ki, ünvanlı sosial yardım üçün müraciət edəndə daha öncədən açılmış VÖEN-lərlə bağlı problem ortaya çıxır: “Dövlət Statistika Komitəsinin VÖEN sayı ilə işləyənlər arasında fərq var. Bu rəqəmlərə baxılmalıdır”.


metbuat.az.