3 noy 2023 23:19
Laçın Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.
Metbuat.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, bu vəzifəyə Orxan Cəbrayıl gətirilib.
Qeyd edək ki, O. Cəbrayıl bundan əvvəl Laçın Mərkəzi Rayon Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin müdiri olub. Yeni təyin edilən direktor Laçın rayonundandır.