METBUAT.AZ

İqtisadiyyat

Dünya bazarlarında neftin qiyməti

30 Noyabr 2023 12:39

Bu gün səhər neftin qiymətləri ardıcıl dinamika göstərmir.

Metbuat.az “İnterfaks”a istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 0,15 ABŞ dolları (0,18 %) aşağı düşüb və 1 barel üçün 82,95 ABŞ dolları təşkil edib.

Nyu-York əmtəə birjasında WTI neftinin yanvar fyuçerslərinin qiyməti 0,18 ABŞ dolları (0,23 %) artaraq 1 barel üçün 78,04 ABŞ dolları olub.


metbuat.az.