METBUAT.AZ

Siyasət

ECO-nun növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazırıq -

9 noy 2023 13:09

Azərbaycan ECO-nun üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdır.

Metbuat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan təşkilatın növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazırdır.


metbuat.az.