25 Noyabr 2023 10:42
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir
Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, noyabrın 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 1 tapança, 1 ədəd qumbara, 1 patron darağı, 9 ədəd patron və 12 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.
Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 1 patron darağı, 5 ədəd patron və 3 ov tüfəngi aşkar edilərək götürülüb.