18 noy 2023 09:25
Noyabrın 22-də yenidən Yer kürəsində güclü maqnit qasırğası yaşanacaq.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Kosmik Tədqiqatlar İnstitutunun günəş astronomiyası laboratoriyası müdirinin müavini Sergey Boqaçov ilin sonunadək G3 səviyyəli maqnit qasırğalarının dəfələrlə təkrarlanacağını vurğulayıb.
4 gün sonra yaşanacaq təbiət hadisəsi zamanı halsızlıq, başağrısı, təzyiqin qalxıb-enməsi halları mümkündür. Sergey Boqaçov belə qasırğaların yaxın iki il ərzində davamlı olaraq təkrarlanacağını da qeyd edib.