METBUAT.AZ

Dünya

Ərdoğanın Almaniya Prezidenti ilə müzakirə etdiyi məsələlər açıqlandı

17 noy 2023 21:19

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Berlində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı qəbul edib.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya liderinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə tərəflər Yaxın Şərq, Ukraynadakı vəziyyəti və NATO çərçivəsində əməkdaşlığı müzakirə ediblər.

Ştaynmayer Türkiyə Prezidentinin Ukrayna taxılının ixracı ilə bağlı vasitəçilik səylərini yüksək qiymətləndirib. Ştaynmayer, həmçinin vurğulayıb ki, Berlin HƏMAS-ın İsrailə hücumunu terror hücumu kimi qiymətləndirir.

Hər iki lider bütün səylərin HƏMAS-ın əlində olan girovların azad edilməsinə yönəldilməli olduğu ilə bağlı razılaşıblar.

Qeyd edək ki, Ərdoğan daha sonra Almaniya kansleri Olaf Şoltsla görüşəcək.


metbuat.az.