28 Noyabr 2023 17:30
"Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Metbuat.az Apa-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.
Qərara əsasən, Əziz Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Əziz Orucov ötən gün saxlanılıb və evində axtarış aparılıb. Ona Cinayət Məcəlləsinin 188-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə ittiham verilib.