17 noy 2023 11:28
Fələstinin baş naziri Məhəmməd Ştiyye İsrailin Qəzzanı işğal etmək və ya İordan çayının qərb sahilindən ayırmaq cəhdlərini qəbul etməyəcəklərini bəyan edib.
Metbuat.az xəbər verir ki, Ştiyye Ramallahda Yunanıstanın xarici işlər naziri Giorgos İerapetritis ilə görüşüb. Ştiyya Qəzza və İordan çayının qərb sahilindəki hücumların dayandırılması, humanitar yardımın Qəzzaya daxil olmasına icazə verilməsi barədə çağırış edib. O bildirib ki, Qəzzaya yardım girişləri yalnız Rəfah sərhəd qapısı ilə məhdudlaşmamalı və bütün sərhəd qapılarını açması üçün İsrailə təzyiq edilməlidir.
Fələstin baş naziri vurğulayıb ki, onlar İsrailin Qəzzanın bir hissəsini işğal etmək və ya İordan çayının qərb sahilindən ayırmaq cəhdlərini qəbul etmirlər, çünki Qəzza müstəqil Fələstin dövlətinin tərkib hissəsidir.