METBUAT.AZ

İqtisadiyyat

Fransa iqtisadiyyatı kiçildi

30 Noyabr 2023 18:26

Fransa iqtisadiyyatı bu ilin üçüncü rübündə 0,1% kiçilib.

Metbuat.az xəbər verir ki, bu barədə Fransanın "Insee" statistika agentliyi məlumat yayıb.

Məlumata görə, Avropanın ikinci ən böyük iqtisadiyyatı gözlənilmədən azalıb. Avropa ölkəsinin iqtisadiyyatı birinci rübdə 0,1%, ikinci rübdə 0,6% böyüyüb.

Beləliklə, iyul-sentyabr aylarında Fransanın iqtisadiyyatı bu il ilk dəfə kiçilib.


metbuat.az.