29 Noyabr 2023 12:50
G7 ölkələrinin xarici işlər nazirləri İsrail-Fələstin münaqişəsində bütün əsirlərin azad edilməsinə və bütün əcnəbi vətəndaşların bölgədən təxliyə edilməsinə çağırıblar.
Metbuat.az xəbər verir ki, ABŞ Dövlət Departamenti G7 ölkələrinin xarici işlər nazirlərinin birgə bəyanatını dərc edib. Bəyanatda İsrail-Fələstin münaqişəsində bütün məhbusların azad edilməsi və bütün əcnəbi vətəndaşların bölgədən çıxarılması tələb edilib. Açıqlamada müvəqqəti atəşkəsin bütün əsirlərin azad edilməsi üçün mühüm addım olduğu bildirilib, Qətər və Misirə göstərdikləri səylərə görə təşəkkür edilib.
Açıqlamada bölgəyə göndərilən yardımların artırılması üçün müvəqqəti atəşkəsin uzadılmasına dəstək təkrarlanıb və mülki şəxslərə humanitar yardımların çatdırılması üçün lazımi səylərin görülməsi vurğulanıb.