7 noy 2023 10:46
Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıb.
Metbuat.az DİN Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən xəbər verir ki, Gəncə ŞBPİ-nin keçirdiyi tədbirlərlə ümumilikdə 15 nəfər saxlanılaraq ərazi üzrə polis şöbələrinə aparılıb. Onlarla profilaktiki söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.