28 Noyabr 2023 09:45
HƏMAS və İsrail arasında müvəqqəti atəşkəs zamanı girovluqdan azad edilmiş israilli məhbusların HƏMAS əsgərləri haqqında məmnuniyyətlə danışması gündəm olub.
Metbuat.az xəbər verir ki, Danielle adlı israilli qadının məhbus olarkən HƏMAS əsgərlərinə yazdığı emosional məktub diqqət çəkib. Danielle bildirib ki, HƏMAS ona və qızına çox yaxşı münasibət bəsləyib və məktubunda onlara dəfələrlə təşəkkür edib. Məktubda bu ifadələr yer alıb:
"Qızım Emiliyaya göstərdiyiniz qeyri-adi insanlığa görə minnətdaram. Sizin hamınızın sadəcə dost deyil, əsl, mehriban insanlar olduğunu bildi. Bizə xeyirxahlıq, qayğı və sevgi ilə yanaşmayan bir nəfərə rast gəlməmişik. Mən sizə sonsuza qədər minnətdar olacağam, çünki qızım buranı heç bir daimi psixoloji travma ilə tərk etməyib. Çətin vəziyyətdə olduğunuza və Qəzzada verdiyiniz ağır itkilərə baxmayaraq, mehriban davranışınızı xatırlayacağam. Hamınıza və ailənizə cansağlığı və sevgi arzulayıram. Çox sağ olun".