METBUAT.AZ

Dünya

Hakan Fidan Antoni Blinkenlə görüşdü

6 noy 2023 11:56

Türkiyəyə səfər edən ABŞ-ın dövlət katibi Antoni Blinken xarici işlər naziri Hakan Fidanla bir araya gəlib.

Metbuat.az xəbər verir ki, tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələləri, o cümlədən Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Görüşdən sonra tərəflər birgə mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, Antoni Blinken Türkiyə səfərindən əvvəl İordan çayının qərb sahilinə, İraqa və Cənubi Kiprə səfər etmişdi.


metbuat.az.