METBUAT.AZ

Dünya

Hakan Fidan və Blinken bu məsələləri müzakirə edib

6 noy 2023 17:25

Ankarada Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ-ın Dövlət katibi Antoni Blinken arasında baş tutan görüşün bəzi detalları məlum olub.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası Türkiyə XİN-inə yaxın mənbələrdən məlumat əldə edib.

Bildirilib ki, tərəflər Qəzzadakı mülki vətəndaşlara yardımı və humanitar yardım dəhlizinin yaradılması məsələsini müzakirə ediblər.

İki ölkə arasındakı məsələlər və İsveçin NATO-ya qəbulu məsələsi də müzakirə edilib.


metbuat.az.