METBUAT.AZ

Dünya

HƏMAS iddiaları təkzib etdi -

20 noy 2023 16:01

HƏMAS-la İsrail arasında əsir mübadiləsinin olacağı iddiası gündəmdədir.

Metbuat.az xəbər verir ki, Qətərin Baş naziri Əl Tani, HƏMAS-la İsrail arasında əsir mübadiləsinin həll olunması üçün kiçik çətinliklərin olduğunu bildirmişdi. HƏMAS hərəkatının Büro üzvü İzzət ər-Rişq isə məhbus mübadiləsi ilə bağlı mətbuatda yayılan xəbərlərin əsassız olduğunu ifadə edib.HƏMAS İsrailin “Jerusalem Post” qəzetinin dərc etdiyi xəbərin həqiqətə uyğun olmadığını bəyan edib.

Qeyd edək ki, Qətərin xarici işlər naziri Əl Tani paytaxt Dohada Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell ilə mətbuat konfransı keçirib. AB rəsmisi Borrell ilə Qəzzada atəşkəsin tətbiq edilməsini müzakirə etdiklərini bildirən Əl Tani, Qəzzaya hücumlardan narahatlığını bildirmişdi.


metbuat.az.