26 Noyabr 2023 00:38
HƏMAS hərəkatı girov və əsirlərin mübadiləsinə dair razılaşmaya sadiqliyini təsdiqləyib.
Metbuat.az xəbər verir ki, bu barədə hərəkatın rəsmi Teleqram kanalında dərc olunmuş bəyanatında deyilir.
“Müvəqqəti atəşkəs razılaşmasının icrasının davam etdirilməsini təmin etmək üçün gün ərzində Misir və Qətərin göstərdiyi səyləri yüksək qiymətləndirib”, - bəyanatda vurğulanıb.
Bundan əlavə, hərəkat noyabrın 25-də baş tutmalı olan sövdələşmənin ikinci mərhələsi çərçivəsində azad ediləcək 39 məhbusun adının siyahısını dərc edib.
Qeyd edək ki, KİV-də HƏMAS hərəkatının hərbi qanadı Əl-Qəssam Briqadaları İsrail tərəfi atəşkəs razılaşmasının şərtlərinə əməl edənə qədər ikinci qrup israilli girovların azad edilməsini təxirə salması barədə məlumat yayılmışdı.