16 noy 2023 11:39
İsrail ordusu blokadada olan Qəzza zolağında HƏMAS-ın Siyasi Bürosunun sədri İsmayıl Haniyənin evinə hava zərbəsi endirib.
Metbuat.az xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama verib. Bildirilib ki, İsrailin döyüş təyyarələri Həniyənin Qəzza zolağındakı evini bombalayıb. Açıqlamaya görə, sözügedən evdən HƏMAS-ın yüksək səviyyəli şəxsləri üçün görüş yeri kimi istifadə edilib. Yerli mənbələr HƏMAS lideri Haniyənin hücum zamanı Qəzza zolağında olmadığını qeyd edib.