8 noy 2023 23:28
HƏMAS Qəzza zolağının şimalına nəzarəti itirib.
Metbuat.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü briqada generalı Daniel Haqari deyib.
Onun sözlərinə görə, bu gün 50 minə yaxın Qəzza vətəndaşı şimal ərazini tərk edib:
“Çünki onlar başa düşürlər ki, HƏMAS artıq bu əraziyə nəzarət etmir və anklavın cənubu daha təhlükəsizdir. Sabah ordu mülki əhalinin Qəzza zolağının cənubuna təhlükəsiz keçidinə icazə verəcək”.