29 Noyabr 2023 04:02
Planetin ən məşhur içkisi çayın 6 müxtəlif növü var: qara, yaşıl, ağ, sarı, ulun və puer.
Çaylar hamısı bir şay bitkisindən alınır, sadəcə, istehsalat forması fərqlidir.
Metbuat.az medicina.az-a istiandən xəbər verir ki, alimlər gündə 3 stəkan çay içənlərdə nə baş verdiyini araşdırıb.
Xərçəngin profilaktikasıdır:
Çayın qoruyucu effekti daha çox ağız boşluğu, süd vəzisi, uşaqlıq və qaraciyər xərçəngində özünü göstərir.
Çünki çay bitkisində antioksidantlar çoxdur. Hüceyrələri sərbəst radikallardan təmizləyir.
Beyni sağlam saxlayır
L-teanin amin turşusu yaşıl çayda çoxdur, bu çay beyinə faydalıdır.
Çay diqqəti, yaddaşı yaxşılaşdırır, düşüncəni artırır, gümrahlıq verir.
Çayda olan katexinlər isə beyin sinir və neyronlarını toksik zülaldan qoruyur.
İmmunitetə dəstəkdir.
Qara və yaşıl çayda olan teaflavin və qallat polifenolları immun sistemi aktivləşdirir.
Kofein, teobromin və teofillin iltihabi prosesləri söndürməyə kömək edir.
Ürək-damar sağlamlığı
Arterial təzyiqi normada saxlamaq, şəkər və xolesterinin artmasının qarşısını almaq üçün gündə 2 stəkan qara və ya yaşıl çay içmək kifayətdir.
Müntəzəm olaraq, yaşıl çay içmək infarkt və insult riskini azaldır.