METBUAT.AZ

Dünya

Hindistanda 9 gündür dağıntılar altında qalan işçilərin görüntüləri -

21 noy 2023 12:26

Hindistanda tikinti zamanı çökən tuneldə 9 gündür xilas olunmağı gözləyən 41 işçinin ilk görüntüləri paylaşılıb.

Metbuat.az xəbər verir ki, xilasetmə səyləri davam edərkən, yeni çökmə təhlükəsi narahatlıq doğurur. Məlumata görə, Uttarakhand əyalətində tikilməkdə olan tunelin bir hissəsinin çökməsi nəticəsində 41 işçi qapalı halda qalıb. Çökmüş tunelin altında qalan işçilər boru vasitəsilə oksigen, dərman və qida ilə təmin olunur.

Xilasedicilər qazma maşınları ilə yerin 60 metr altında, işçilərin sürünərək çölə çıxa biləcəyi boşluq qazmağa çalışır.


metbuat.az.