METBUAT.AZ

Siyasət

​“İlin sonuna kimi sülh müqaviləsinin imzalanması gözlənilmir”

29 Noyabr 2023 09:39

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ilin sonuna kimi gözlənilmir”.

Bu açıqlamanı Metbuat.az-a politoloq Məhəmməd Əsədullazadə edib. Ermənistan tərəfinin Vaşinqtonun və Brüsselin dəstəyi ilə hərbi siyasi cəhətdən dəstəkləndiyini vurğulayan politoloq deyir ki, məqsəd Cənubi Qafqazda idarə olunan böhran yaratmaqdır:


“Vaşinqton və Brüssel Ermənistanın dırnaqarası gündəlik əsasında sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Onlar Azərbaycana qarşı güzəştə getməyi təklif etməklə bərabər hətta bu istiqamətdə təzyiq edirlər. Hesab edirəm ki, Ermənistanın baş naziriilə anklav kəndlərin taleyi və demarkasiya ilə bağlı keçirilməsi planlaşdırılan növbəti iclasda da hər hansı bir müsbət irəliləyiş olmayacaq. Çünki Ermənistan tərəfi 1975-ci il xəritələrinə əsaslanır”.

Vaşinqton,Brüssel formatının Azərbaycan üçün bitdiyini bildirən politoloqun fikirlərinə görə, Azərbaycana beynəlxalq vasitəçilər lazım deyil. M. Əsədullazadə düşünür ki, əgər Ermənistan siyasi iradə ortaya qoyarsa, ikitərəfli danışıqlara gedərsə, sülh ola bilər:

“Təəssüf ki, bu məsələdə biz Ermənistan tərəfindən müstəqil siyasət yürüdülmədiyini görürük. Ümumiyyətlə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması gələn il də mümkün olmaya bilər. Hətta mən hərbi təxribatları da istisna etmirəm. Çünki Ermənistanı durmadan silahlanır, hərbi hissələri Naxçıvan istiqamətində komplektləşdirir . Azərbaycanın ərazi bütövlüyünün, suverenliyini bərpa edib. Azərbaycan çalışır ki, əlbəttə ki, sülh müqaviləsi bağlansın. Vaşinqton da, Brüssel də bunu çox yaxşı bilir. Prosesi yubadan, böhranı yaradan məhz Ermənistandır. Bu vəziyyətdə Azərbaycanın atacağı addımhərbi qüvvələrin gücləndirərək Ermənistanın bütün təxribatlarına qarşı hazır olmaqdır”, - sitatın sonu.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.