27 Noyabr 2023 17:28
İsrailin rabitə naziri Şlomo Karhi ABŞ milyarderi İlon Maskla “Starlink”in Təl-Əvivin icazəsi olmadan blokadada olan Qəzza zolağına peyk interneti verməmək barədə prinsipial razılığa gəldiyini açıqlayıb.
Metbuat.az xəbər verir ki, Karhi X sosial media platformasında məsələ ilə bağlı açıqlama verib. Karhi açıqlamasında, "İlon Mask, Rabitə Nazirliyimizlə mühüm ilkin razılaşma əldə etdiyiniz üçün sizi təbrik edirəm. Rabitə Nazirliyinin icazəsi olmadan “Starlink “peyk internet sistemi İsraildə işlədilə bilməz. Bura Qəzza zolağı da daxildir” deyə qeyd edib.
Mask hələlik məsələ ilə bağlı açıqlama verməyib. Bundan əvvəl İlon Mask Qəzzaya peyk bağlantısı dəstəyi verəcəyini açıqlamışdı.