METBUAT.AZ

Ölkə

İpoteka kreditləri ilə bağlı vacib xəbər -

5 noy 2023 12:14

Gələn il dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fonduna 100 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Xezerxeber.az-ın xəbərinə görə, bunun da 87,7 milyon manatı əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsinə ayrılacaq.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, ölkəmizdə əmlak bazarında kreditlə mənzil alanlar üstünlük təşkil edir və bu məbləğ ayrıldıqdan sonra əmlak bazarında canlanma gözlənilir.

12,3 milyon manat isə sahibkarlara subsidiya verilməsi üçün ayrılacaq.

Ekspert deyir ki, əmlak bazarında qiymətlər dəyişdiyindən verilən ipoteka kreditlərinin həcminə də yenidən baxılmalıdır. Təkcə ötən il 60 mindən çox mənzil ipoteka və digər kredit şərtləri ilə satılıb.

Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 47 min 356 ipoteka krediti verilib.


metbuat.az.