METBUAT.AZ

Dünya

İsrail əsir mübadiləsini təxirə saldı

14 noy 2023 10:29

HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadaları” İsrailin əsir mübadiləsi məsələsini təxirə saldığını açıqlayıb.

Metbuat.az xəbər verir ki, “Qəssam Briqadaları”nın sözçüsü Əbu Ubeyde HƏMAS-ın teleqram kanalında yayımlanan səs yazısında İsraillə əsir mübadiləsi razılaşması haqqında məlumat verib. Əbu Ubeydə qeyd edib ki, Qətər vasitəçiləri Qəzzada israilli əsirlərin qarşılığında 200 fələstinli uşaq və 25 qadını azad etmək üçün çalışıblar. Əbu Ubeyde 5 günlük atəşkəslə 50 qadın və uşağı azad edə biləcəklərini və bu rəqəmin 70-ə çata biləcəyini vasitəçilərə çatdırdıqlarını bildirib.

Əsir mübadiləsi barədə razılaşmaya atəşkəs və humanitar yardımların daxil olmasını tələb etdiklərini ifadə edən Əbu Ubeyde, İsrailin bu məsələni təxirə saldığını bildirib.


metbuat.az.