20 noy 2023 12:14
İsraildən Qəzza zolağında yaşayan fələstinlilərin vətənlərindən çıxarılaraq başqa ölkələrə yerləşdirilməsinə dair çağırışlar davam edir.
Metbuat.az xəbər verir ki, İsrailin kəşfiyyat naziri Gila Gamliel beynəlxalq ictimaiyyətin blokada altındakı Qəzza zolağında yaşayan fələstinlilərin başqa ölkələrə könüllü köçürülməsinə dəstək verməli olduğunu irəli sürüb. Baş nazir Binyamin Netanyahunun partiyası olan “Likud”dan millət vəkili Gamliel “Jerusalem Post” qəzeti üçün bu barədə məqalə yazıb. Gamliel İsrailin təxliyyə üçün sərhəddə divarların inşası da daxil olmaqla bir çox yolu sınadığını, lakin bunların hamısının uğursuz olduğunu iddia edib.Qəzzadakı fələstinlilərin başqa ölkələrə könüllü köçürülməsi ideyasını irəli sürən Gamliel bununla bağlı yeni təxliyə planları irəli sürülməsinin vacibliyini qeyd edib.
O bununla bağlı beynəlxalq ictimaiyyətdən kömək istəyib.İsrailli nazir iddia edib ki, İsrailin hücumlarından sonra Qəzza üçün variantlardan biri fələstinlilərin humanitar səbəblərdən Qəzza zolağının hüdudlarından kənara könüllü köçürülməsini təşviq etməkdir.