23 Noyabr 2023 12:33
Fələstinin baş naziri Məhəmməd Ştiyye bəyan edib ki, İsrail ordusu blokadada olan Qəzza zolağının 40 faizini işğal edib.
Metbuat.az xəbər verir ki, bu barədə Fələstinin Baş Nazirliyi açıqlama verib. Bildirilib ki, Ştiyye Qəzza zolağına edilən hücumları müzakirə etmək üçün Ramallahda keçirilən fövqəladə sessiyada çıxış edib. İsrailin həyata keçirdiyi hücumların Fələstin xalqına qarşı müharibə cinayətləri və soyqırım olduğunu ifadə edən Ştiye İsrailin işğalçı dövlət olduğunu bildirib. Fələstin baş naziri qeyd edib ki, İsrail İordan çayının qərb sahilində Fələstin xalqına qarşı əməllərini davam etdirir. O, İsrail və HƏMAS arasındakı humanitar fasilədən məmnunluq ifadə edib və Fələstin Nazirlər Şurasının Qəzza və İordan çayının qərb sahilindəki hücumları tamamilə dayandırması tələbini təkrarlayıb.
Qeyd edək ki, Qəzzada İsraillə HƏMAS arasında atəşkəs elan edilib. Razılaşmaya əsasən dörd gün ərzində tərəflər bəzi girovları azad ediləcək.