29 Noyabr 2023 23:14
İstanbulda hökm sürən kəskin hava şəraiti səbəbindən bir nəfər ölüb, çox sayda tikili zərər görüb.
Metbuat.az xəbər verir ki, İstanbul valiliyi şəhərdə güclü külək və leysanın son 24 saat ərzində yaratdığı fəsadlarla bağlı məlumat yayıb.
Bildirilib ki, küləyin aşırdığı elektrik dirəyinin altında qalan bir nəfər həyatını itirib.