1 noy 2023 23:52
Keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə isə növbəti ilin dövlət büdcəsində 355,3 milyon manat vəsait proqnozlaşdırılıb.
Metbuat.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2024-cü ilin icmal və dövlət büdcəsinin layihəsində bildirilib.
Qeyd edilib ki, bu vəsaitin keçmiş məcburi köçkün statusu olan və onlara bərabər tutulan şəxslərə (467,1 min nəfərə) 60 və 33 manat məbləğində vahid aylıq müavinətin verilməsi üçün 317,0 milyon manat, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak edilən kommunal xidmətlərin haqqının dövlət büdcəsinin vəsaiti hesabına qarşılanması üçün 20,7 milyon manat, digər tədbirlər üçün 17,6 milyon manat vəsait proqnozlaşdırılıb.