METBUAT.AZ

İdman

​“Mançester Yunayted”dən sürpriz Aleks Ferqyuson həmləsi

17 noy 2023 14:48

“Mançester Yunayted”in hazırkı sahibləri olan Qleyzer ailəsi klubu satmağa razılıq verib.

Metbuat.az xəbər verir ki, klubu almaq üçün məşhur ingilis iş adamı Cim Ratkliff hərəkətə keçib. “Telegraph” qəzetinin məlumatına görə, Cim Ratkliff klubu almaq üçün təklif verməyə hazırlaşır. Xəbərdə Ratkliffin "Mançester Yunayted"i əvvəlki şöhrətinə qaytarmaqda qərarlı olduğu və klubun əfsanəvi məşqçisi olan Ser Alex Fergusonu klubda əsas vəzifəyə geri qaytarmaq istədiyi bildirilir. İddialara görə, Ratkliff “Mançester Yunayted”i alsa, Aleks Ferqyuson klubun yeni məsləhətçisi olacaq. Klub onun təlimatları əsasında formalaşdırılacaq. Məlumata görə, 81 yaşlı Aleks Ferqyuson təklifə razılıq verib.

Qeyd edək ki, Aleks Ferqyuson 37 il məşqçi kimi çalışdığı “Mançester Yunayted”də 2 Çempionlar Liqası, 13 İngiltərə Premyer Liqası, 5 İngiltərə İngiltərə Kuboku, 4 İngiltərə Liqa Kuboku, 2 UEFA Superkuboku və 1 FİFA Klublar Kuboku qazanıb. O “Mançester Yunayted”də İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərir.


metbuat.az.