METBUAT.AZ

Mədəniyyət

Mədəniyyət Nazirliyində kadr dəyişikliyi olub

6 noy 2023 17:08

Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Musiqi sektorunun müdiri Vüqar Hümbətov vəzifəsindən ayrılıb.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, o, sözügedən vəzifədən ayrılması barədə özünün sosial media hesabında məlumat paylaşıb.

Mədəniyyət Nazirliyi Vüqar Hümbətovun vəzifəsindən ayrılmasını təsdiqləyib. Onun yerinə bu vəzifəyə Sara Timovora təyin edilib. O əvvəllər İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdir müavini vəzifəsində çalışıb.


metbuat.az.