2 noy 2023 14:52
ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi 2011-ci ildə Çempionlar Liqasının yarımfinalında "Barselona"nın heyətində "Real"a vurduğu qolun karyerasında ən yaddaqalan olduğunu deyib.
Metbuat.az xəbər verir ki, Messinin sözləri "Qızıl top"un X sosial şəbəkəsindəki hesabında paylaşılıb.
“Mən həmişə deyirəm ki, vacib qollar Çempionlar Liqasının və Dünya Kubokunun finalında vurulan qollardır. Həmişə xatırladığım qol Çempionlar Liqasının yarımfinalında "Real"a 2:0 hesabı ilə qalib gəldiyimiz zaman vurduğumuz qoldur”, - Messi qeyd edib.