METBUAT.AZ

Ölkə

Metroda rekord sayda

29 Noyabr 2023 11:26

867 min 310 sərnişin daşınıb.

Bu barədə Metbuat.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin. Rəhbəri Bəxtiyar Məmmədli məlumat verib.

O bildirib ki, bu göstərici cari ilin 24 noyabr tarixində qeydə alınıb.

"Bu metropoliten tarixində bu günə qədər qeydə alınan rekord göstəricidir", - deyə o, əlavə edib.

Qeyd edək ki, bu gün "Bakı Metropoliteni" QSC-nin "Nizami" stansiyasında əlil arabası istifadəçilərinin daşınması ilə bağlı eskalator üçün nəzərdə tutulmuş yeni texniki qurğu istifadəyə verilib. Yeni texniki qurğunun istifadəyə verilməsi "Əlçatan metro" layihəsi çərçivəsində baş tutub.


metbuat.az.