METBUAT.AZ

Şou-Biznes

Meyxanaçı İNSULT KEÇİRDİ:

28 Noyabr 2023 14:14

Meyxanaçı Xəyyam Əhmədli insult keçirib.

Metbuat.az Sfera.az-a istinadla xəbər verir ki, "Elgizlə izlə" verilişinin çəkiliş heyəti meyxanaçının yerləşdirildiyi xəstəxanada olub.

Xəyyam bildirib ki, birdən-birə gözü qaralıb və huşunu itirib daha sonra isə xəstəxanaya yerləşdirilib:

"Mənim ürəyimdə damar tutulması var idi. Bir neçə il əvvəl əməliyyat olunmalı idim. Amma əməliyyat oluna bilmədim, qaldı. Birdən-birə gözüm qaraldı. Huşum getdi. Sonra nə baş verdi bilmirəm. Artıq 24 gündür. Həkimlər sağolsunlar, kömək etdilər".


metbuat.az.