1 noy 2023 15:05
19 yaşadək (U-19) futzalçılardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Ağatahir Əzimov yeni vəzifəyə təyin olunub.
Metbuat.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis bundan sonra seleksiyaçı-məşqçi kimi fəaliyyət göstərəcək.
Son 4 ildə U-19-a rəhbərlik etmiş A.Əzimov gənc və perspektivli futzalçıların U-19-a və əsas milliyə qazandırılması istiqamətində işlər görəcək.
Qeyd edək ki, U-19 millimiz Ağatahir Əzimovun rəhbərliyi altında 3 dəfə Avropa çempionatının əsas mərhələsində iştirak edib.