22 Noyabr 2023 09:25
Nigeriya Futbol Federasiyası bəyan edib ki, milli komandanın baş məşqçisini təzminat ödəməyə pulu olmadığı üçün istefaya göndərə bilməz.
Metbuat.az xəbər verir ki, Nigeriya 2026-cı il FİFA Dünya Çempionatının seçmə mərhələsində uğursuz oyun nümayiş etdirdiyinə görə, millinin baş məşqçisi Xose Peseironun istefası gündəmə gəlib. Lakin təzminat ödəməyə pulu olmadığı üçün məşqçini istefaya göndərə bilmirlər. Nigeriya Futbol Federasiyası İcraiyyə Komitəsinin üzvü Nse Essien açıqlamasında millinin baş məşqçisi Xose Peseirodan razı qalmadıqlarını bildirib. Onun sözlərinə görə, hamı məşqçinin qovulmasına çağırır. Mümkün 6 xaldan yalnız iki əldə edilib. Lesoto və Zimbabve ilə matçda heç-heçə etməsindən sonra Nigeriyanın 2026-cı il FIFA Dünya Çempionatına vəsiqə qazanmaq şansı ciddi şəkildə təhlükə altındadır. Portuqaliyalı baş məşqçi Peseiro uğursuz nəticələrdən sonra tənqid olunur.
Nigeriya 2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatına vəsiqə qazana bilməmişdi.