METBUAT.AZ

Siyasət

Mirzoyan Aİ rəsmisi ilə İrəvanla Bakı arasında münasibətləri müzakirə etdi

24 Noyabr 2023 16:08

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Avropa İttifaqının (Aİ) ölkədəki diplomatik missiyasının rəhbəri Vasilis Maraqos İrəvanla Bakı arasında arasında münasibətlərin normallaşdırılması istiqamətində son prosesləri müzakirə ediblər.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Həmsöhbətlər Ermənistan və Aİ arasında bir sıra əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

Ermənistan-Avropa İttifaqı Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin həyata keçirilməsi üçün atılan addımlar, iqtisadi və investisiya planının səmərəli icrası da vurğulanıb.


metbuat.az.