METBUAT.AZ

Şou-Biznes

Müğənni Arzu Rzayev ölüb? -

29 Noyabr 2023 13:04

Müğənni Arzu Rzayev ölüm xəbərinin yayılmasından danışıb.

Metbuat.az bildirir ki, Arzu Rzayev Teleqraf.com-a açıqlamasında ölüm xəbərini yayanları tənqid edib:

“Fotomu yerləşdirirərək ölüm xəbərimi yayıblar. Bunu səhər mənə həyat yoldaşım dedi. Mənə dünyanın neçə ölkəsindən zəng edirlər. Hətta səhər canlı efirə qoşmaq istədilər ki, tamaşaçılar səsimi eşitsinlər. Dedim, bağ evimdəyəm. Sadəcə qrip olmuşam. Ölüm hamı üçündü. Deyəsən, məni ”Qarabağ bülbülləri” ansamblının bədii rəhbəri Murad Rzayevin oğlu Arzu Rzayevlə səhv salıblar. Ad və soyadımız eynidir. Amma mənim fotomu yayıb, öldüyümü bildiriblər. Kütlə məni tanıyır, ona görə belə ediblər ki, reytinq toplasınlar”.

Qeyd edək ki, mətbuatda Arzu Rzayevin qəfil ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.


metbuat.az.